Avropada iyrənc provakasiya - Quran kitabı yandırıldı
Bu gün Danimarkada Parlament binası qarşısında bir qrup müsəlman icazəli mitinq keçirib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlar Yeni Zelandiyada ötən həftə törədilən terror aktına etiraz olaraq keçirilən mitinqdən sonra bina qarşısında Cümə namazı qılıblar.
Bunu həzm edə bilməyən radikal anti-islamçılar öncə avtomobillərdə yüksək səs çıxararaq namaza mane olmağa çalışıblar. Əllərində İsrail bayrağı daşıyan həmin şəxslər bununla da kifayətlənməyiblər. Belə ki, Miqrant və İslam əleyhinə sərt hərəkatın lideri Rasmus Paludan Qurani-Kərimi yandırıb. O, bu hərəkəti ilə müsəlmanları provakasiyaya çəkməyə çalışıb.
Polislər ərazidə geniş təhlükəsizlik tədbiri görsələr də, Paludanın hərəkətinə də mane olmayıblar.
Qeyd edək ki, Danimarka İslama qarşı ən radikal mövqe tutan ölkələrdən biridir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu