Avropa Şurasının baş katibi İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayıb
Avropa Şurasının baş katibi Torbyorn Yaqland REAL Partiyasının sədri İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayıb.
Minval.İnfo “Report”-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurası baş katibinin bəyanatında bildirilib.
“Azərbaycanda Şəki Apellyasiya Məhkəməsinin beş ildən çox həbsdə olan İlqar Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul etməsini alqışlamaq lazımdır”, – T.Yaqlandın bəyanatında deyilir.
Qeyd edək ki, bu gün Şəki Apellyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə REAL Partiyasının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Prosesdə İ.Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul edilib. Qərara əsasən, onun cəzasının çəkilməmiş hissəsi şərti cəza ilə əvəz edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı
