Avropa ölkəsində İsraildə keçiriləcək "Avroviziya 2019"-a qarşı kampaniya başlayıb

İslandiyada “Eurovision 2019” mahnı müsabiqəsinə qarşı kampaniya başlayıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 18 mindən çox ölkə vətəndaşı Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda xeyli sayda fələstinlinin həlak olmasına və yaralanmasına etiraz olaraq elektron ərizə imzalayıblar.
Onlar İslandiyanın milli kanalı olan RUV TV-dən yarışmaya qatılmaqdan imtina etməsini istəyiblər: “Fələstinlilərin hüquqları pozularkən İslandiyanın belə bir qlamur müsabiqədə iştirak etməsi bağışlanmazdır”.
RUV telekanalının direktoru Skarpedin Qudmundson isə İslandiyanın yarışmada iştirakdan imtina etməyəcəyini açıqlayıb.
Qeyd edək ki, “Eurovision 2018”in qalibi “Toy” mahnısı ilə İsrail təmsilçisi Netta Barzilai olub.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır