20.04.2019 - 19:49
İdman 3 baxış

Avropa Liqasının kuboku Moskvada təqdim olunub

Rusiyanın paytaxtı Moskvadakı “Aviapark” ticarət-əyləncə mərkəzində UEFA Avropa Liqası kubokunun təqdimat mərasimi keçirilib.

“Report”un məlumatına görə, tədbirdə Rusiya milli komandasının sabiq futbolçusu və “Zenit”in heyətində UEFA Kubokunu qazanmış Andrey Arşavin iştirak edib.

“11 il əvvəl qazandığım kuboku təqdim etmək istərdim. Bu, karyeramın ən yaxşı günlərindən biri idi”, – deyə ötənlərin tanınmış hücumçusu bildirib.

Avropa Liqasının kuboku Rusiyaya İtaliyanın Milan şəhərindən gətirilib. 20-21 apreldə azarkeşlər onunla şəkil çəkdirə bilərlər. Sabah stend önündə fanatları final matçının səfirləri – keçmiş hücumçu Vəli Qasımovla Rusiya “Krılya Sovetov”unun əslən azərbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədov gözləyəcəklər.

Qeyd edək ki, Avropa Liqasının kubokuna mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçının qalibi sahib çıxacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: