Avropa Liqası: "Ayntraxt" "Çelsi"ni, "Arsenal" "Valensiya"nı qəbul edəcək - AFİŞA
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
“Report” xəbər verir ki, Almaniyanın avrokubokda mübarizəni davam etdirən yeganə təmsilçisi “Ayntraxt” İngiltərənin “Çelsi” komandasını qəbul edəcək. Qrup mərhələsində maksimum nəticə göstərən Frankfurt klubu yarımfinala qədər cəmi bir oyunda məğlub olub. Adolf Hütterin rəhbərlik etdiyi kollektiv Portuqaliyada baş tutmuş 1/4 finalın ilk görüşündə “Benfika”ya uduzub – 2:4. Lakin bu komanda evdə 2 cavabsıq qolla qalib gəlməklə, mərhələ keçib. Bundan başqa, “Ayntraxt” 1/16 finalda Ukrayna “Şaxtyor”unu (2:2, 4:1), ardınca isə İtaliya “İnter”ini (0:0, 1:0) mübarizədən kənarlaşdırıb.
“Çelsi” Avropa Liqasının cari mövsümündə keçirdiyi 12 oyundan heç birində uduzmayıb. Bir matçda heç-heçə edən “zadəganlar” 11 qarşılaşmadan qalib ayrılıblar. Mauritsio Sarrinin baş məşqçi olduğu komanda qrupdan çıxanda sonra İsveçin “Malmö” (2:1, 3:0), Ukraynanın “Dinamo” (3:0, 5:0) və Çexiyanın “Slaviya” (1:0, 4:3) kollektibindən güclü olub.
Gecənin digər oyunu Londonda baş tutacaq. Ötən mövsüm turnirin yarımfinalında İspaniyanın digər təmsilçisi “Atletiko”ya uduzan (1:1, 1:0) “Arsenal” “Valensiya”nı qəbul edəcək. “Qarabağ”la birgə E qrupunda yer almış baş məşqçi Unay Emerinin komandası yarıfinala qədər Belarusun BATE (0:1, 3:0), Fransanın “Renn” (1:3, 3:0) və İtaliyanın “Napoli” (1:0, 2:0) kollektivlərindən güclü olub.
Yarımfinalçılar arasında cari avrokubok mövsümündə çıxışına Çempionlar Liqasından başlayan yeganə komanda – “Valensiya” isə yarımfinala kimi Şotlandiyanın “Seltik” (2:0, 1:0), Rusiyanın “Krasnodar” (2:1, 1:1) və İspaniyanın “Vilyarreal” (3:1, 2:0) klublarını keçib.
Qeyd edək ki, cavab matçları mayın 9-da olacaq. Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Avropa Liqası
Yarımfinal, ilk oyunlar
23:00. “Ayntraxt” (Almaniya) – “Çelsi” (İngiltərə)
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Baş hakim: Karlos del Serro (İspaniya)
Frankfurt. “Kommersbank-Arena”
23:00. “Arsenal” (İngiltərə) – “Valensiya” (İspaniya)
Baş hakim: Kleman Türpan
London. “Emirates Stadium”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı