Avropa Komissiyası Ermənistanla vizasız rejimi təxirə salır
Avropa Komissiyası Ermənistanla vizasız rejimin tətbiqi üçün hələlik konkret tarix açıqlamayıb. Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo Brüsseldə keçirilən brifinqdə məlumat verib.
Minval.info xəbər verir ki, Paula Pinyo, 2029-cu ilin viza rejiminin liberallaşdırılması üçün uyğun bir zaman olub-olmayacağını öncədən müəyyənləşdirməyin çox erkən olduğunu bildirib. O, bu məsələnin dəqiqləşdirilməsi üçün hələ vaxtın olduğunu vurğulayıb.
Qeyd edək ki, Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə dialoq 2024-cü ilin sentyabrında başlayıb. 2026-cı ildə Avropa Komissiyası İrəvana Viza Liberallaşdırılması üzrə Fəaliyyət Planına aid sənəd təqdim edib. Bu sənəd biometrik sənədlərin təhlükəsizliyi, sərhəd və miqrasiya idarəetməsi, ictimai asayişin təmin edilməsi və cinayətkarlıqla mübarizə, insan hüquqlarının müdafiəsi kimi məsələləri əhatə edən 74 bənddən ibarətdir. Ermənistan hakimiyyəti isə vizasız rejimin 2028-ci və ya 2029-cu ildə tətbiqinin mümkünlüyünü açıqlayıb.
ƏLAQƏLİ
Deputatın oğlunun adı qarışdığı qətl hadisəsi ilə bağlı yeni məlumatlar
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Deputatın oğlunun adı qarışdığı qətl hadisəsi ilə bağlı yeni məlumatlar
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Bakıda kafedə baş verən qətl hadisəsində deputatın oğlu şübhəli bilinir
Bakıda ölümlə nəticələnən davada deputatın oğlu iştirak edib
82 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı
Narkotik ticarətində xarici vətəndaşlarla əlaqəli şəxslər saxlanıldı