Avqustun 12-də səma şousu: Günəş tutulması və meteor yağışı bir arada
12 avqustda dünya nadir astronomik hadisələrin şahidi olacaq. Həmin gün bəzi bölgələrdə tam Günəş tutulması baş verəcək, eyni zamanda Perseid meteor yağışı öz maksimumuna çatacaq.
Minval.info xəbər verir ki, bu tarixdə Ay Yerlə Günəşin arasına keçərək bəzi ərazilərdə Günəşi tamamilə örtəcək. Bu səbəbdən, gündüz saatlarında qısa müddətlik qaranlıq yaranacaq.
Qrenlandiya, İslandiya və İspaniyanın müəyyən bölgələrində bu tam tutulma müşahidə edilə biləcək. Avropanın digər bölgələrində isə tutulma qismən görünəcək.
Bundan əlavə, avqustun 12-dən 13-nə keçən gecə Perseid meteor yağışının maksimumu gözlənilir. Bu, Avropanın bəzi ərazilərində eyni gün ərzində iki fərqli astronomik hadisənin izlənilməsinə imkan yaradacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım