ATV prezidentindən İlkinlə bağlı AÇIQLAMA
“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Azər Xəlilov sosial şəbəkələrdə telekanalın jurnalisti İlkin Xəlilovun və “ATV xəbər”in baş redaktoru Vaqif Aydınoğlunun işdən çıxarılması xəbərinə münasibət bildirib.
Minval.info-nun məlumatına görə, Azər Xəlilov Unikal.org-a açıqlamasında bildirib ki, yayılan informasiya yanlışdır:
“İlkin Xəlilov işinin başındadır. Ona təzyiq etməmişik. Yayılan informasiya həqiqətə uyğun deyil. Bilmirəm belə “informasiya” niyə yayılır? Bunu kim yayırsa ondan da soruşun! Rəsmi şəkildə bəyan edirəm ki, İlkin işindən uzaqlaşdırılmayıb. Siz mənə aid olan sualı verdiniz! Mən də bəyan edirəm ki, sizin eşitdiyiniz məlumat düzgün deyil. Eynisi Vaqif Aydınoğluya da aiddir. O da işinin başındadır”.
Xatırladaq ki, sosial şəbəkələrdə ATV telekanalının tanınmış jurnalisti İlkin Xəlilova gənclərdən ibarət milli komandanın (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynə məğlubiyyətindən (0:1) sonra hazırladığı reportaja görə təzyiq göstərilməsi ilə bağlı məlumat yayılıb.
Telejurnalist öz reportajında Lixtenşteynin gənclər yığmasına tarixində ilk qələbəni hədiyyə edən milli komandanı tənqid edib. Bundan sonra telekanal rəhbərliyi ona təzyiq və işindən uzaqlaşdırıldığı deyilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı xanım idmançıdan cəlbedici görüntülər - VİDEO
Azərbaycanlılar niyə İranı seçir? - Ekspert AÇIQLADI
Kasetin o biri üzü
Polis tüstüdən zəhərlənən şəxsi belə xilas etdi - VİDEO
Tibbi maska ajiotajı - həqiqətən bazada qurtarıb, yoxsa...
Ombudsman Aparatı: Gəncədə ölənlərin və yaralıların sayında artım ola bilər