ATV-dən ayrılma səbəbini ilk dəfə açıqladı

“Ruslar üçün deyil, orada yaşayan Azərbaycanlılar üçündür. “Stand-up”ımızda orada rusca danışa bilməyən azərbaycanlılarla bağlı səhnə də yer alacaq. Azərbaycandan kənarda ilk çıxışımdır. Amma davamını düşünürəm, bir növ turne şəklində olacaq. Sankt-Peterburqda, Moskvada, Ankarada olacaq. Hazırda danışıqlar gedir”.
Bu sözləri Minval.info-ya açıqlamasında aktyor Fərda Xudaverdiyev deyib. Sənətçi “Stand-up” turnesinə hazırlaşmasından danışıb. Fərda bildirib ki, Rusiyada, türkiyədə çıxışları olacaq:
“Bakıda da planımızda var. Bütün zarafatlar yenidir. Hər bir konsertdən sonra özüm götür-qoy edəcəm. Hansısa blok dəyişə bilər. Novruz bayramından əvvəl, lap çatdırsam, 14 fevralda Bakıda da olacaq”.
Xudaverdiyev aparıcısı olduğu “10 qat şou”nun bitməsinə və ATV kanalı ilə yollarını ayırmasına da aydınlıq gətirib:
“Veriliş bu mövsüm olmadı. Səbəb “Komedixana” və “Xəzər TV”də kadrlar şöbəsində çalışmağımdır. Kanalla yollarımı ayırmıram. Orada hər kəs dostumdur. Bu aralar işlərim çoxdur. Yeni film ssenarisi yazıram. Rejissorluğunu da özüm edəcəm. Öz yazdığım zarafatları istədiyim kimi görmək üçün bu addımı atıram. Həm “Milli komedi”, həm də “10 qat şou”ya çox xərcləndiyim üçün uzaqlaşdım. Aparıcılıq hər an ola bilər. Söhbət şoudan gedirsə, niyə də olmasın. Hazırda “Stand-up” turnesinə vaxtımı ayırmışam”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır