“Atletiko Madrid”dən Osimhen üçün astronomik məbləğ: 150 milyonluq son həmlə!
İspaniyanın “Atletiko Madrid” klubu “Qalatasaray”ın ulduz hücumçusu Viktor Osimhenin transferi üçün israrlı cəhdlərini davam etdirir.
Minval.info xəbər verir ki, Madrid təmsilçisinin nigeriyalı forvard üçün etdiyi əvvəlki müraciətlər İstanbul klubu tərəfindən geri çevrilib. Son olaraq təqdim olunan 120 milyon avroluq astronomik təklif də “sarı-qırmızılılar”ı razı salmayıb.
Buna baxmayaraq, İspaniya nəşrlərinin məlumatına görə, “Atletiko” geri addım atmaq niyyətində deyil. Madrid klubu Osimhen üçün yeni və daha böyük təklif paketini hazırlayır — ispanlar bu dəfə “Qalatasaray”ın qapısını 150 milyon avroluq təkliflə döyməyə hazırlaşırlar.
Osimhen İspaniyaya getməyə razıdır…
27 yaşlı təcrübəli hücumçunun mövqeyinə gəlincə, nigeriyalı ulduzun “Atletiko Madrid”in layihəsinə maraqla yanaşdığı bildirilir. Osimhen klubunun ayrılığa yaşıl işıq yandıracağı təqdirdə İspaniya La Liqasında çıxış etməyə müsbət baxır. Tərəflər arasında danışıqların gedişatı İstanbul klubunun verəcəyi son qərardan asılı olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Şamaxı" klubunun diktoru Yaqub Rəhimli dünyasını dəyişdi
Azərbaycanın 17 yaşlı qızlardan ibarət yığması İrlandiyaya məğlub oldu
İrlandiya futbolçuları İsrail ilə oyundan öncə əl sıxmaqdan imtina etdi
Messi MLS-də növbəti möhtəşəm qolu ilə yadda qaldı
Arda Turan Lamin Yamala dəstək oldu: "Sən futbolu gözəlləşdirirsən"
Belçika və Fransa qarşılaşması: Millətlər Liqasında gərgin duel
Kriştiano Ronaldo 18 ildən sonra ilk dəfə ehtiyatda qaldı