Atları öldürüb, dirəkdən asan şəxs tutuldu
Bu yaxınlarda respublikanın cəlbedici turizm bölgələrindən biri kimi tanınan Daşkəsən rayonunun Xoşbulaq qəsəbəsində atların öldürülərək dirəkdən asılması ilə bağlı internet saytlarında və sosial şəbəkələrdə yayılan fotoşəkillərlə əlaqədar Daşkəsən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 258-ci (qanunsuz ov etmə) maddəsi ilə cinayət işi açılıb.
Milli.Az xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində hadisəni törətmiş Xoşbulaq qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rafiq Allahyarov saxlanılıb.
Məlum olub ki, cari ilin mart ayında qəsəbə sakini Zabil İbrahimova məxsus atlar canavarlar tərəfindən parçalandıqdan sonra onun həmyerlisi Rafiq Allahyarov adıçəkilən yırtıcı heyvanları cəlb edib məhv etmək məqsədilə ölmüş atların cəsədlərini dirəkdən asıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı