Atasını Gürcüstana aparan baş redaktor sərhəddən buraxılmadı
“Gununsesi.info” saytının baş redaktoru Pərviz Həşimlinin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə o, özü “Feysbuk” sosial şəbəkəsində məlumat verib.
Minval.info bildirir ki, P.Həşmli Gürcüstana getməsinin səbəbini atasını qonşu ölkəyə tibbi müayinəyə aparması ilə izah edib.
P.Həşimli yazıb: “Nə xəbərdarlıq, nə də məhkəmə qərarı olmadan gununsesi.info ölkə daxilində bloklandı. İstintaqa çəkildim. İltizama imza atdığımdan detalları demirəm. Bildirirəm ki, qarşıma qoyulan 10 yazının 5-i Baş Prokurorluğa istinadən gedən yazılar idi, qalanları da təkzibi mümkün olmayan xəbərlərdir.
Butün bunlar azmış kimi, ölkədən çıxışıma stop qoyulub. Atamı Gürcüstana müayinəyə aparırdım, sərhəddən məni buraxmadılar.
Şahid qismində dindirildiyimi nəzərə alsaq, o zaman bu hərəkəti qanunsuz hesab edirəm”.
P.Həşimli statusunun sonunda yazıb ki, prokurorluğun bu dəfə ona qarşı ədalətli olacağına inanır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər