Atasından məşhur futbolçunun arvadı ilə bağlı şok sözlər - FOTO
“İnter”in PSJ-yə icarəyə verdiyi Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Naranın atası Andres Nara açıqlama verib.
Fanat.Az xəbər verir ki, o, qızı və kürəkəni ilə danışmadığını bildirib: “Bu uşaqların başı şöhrət və pula qarışıb. Bir insana pulu var deyə yaxın durmaq mənlik deyil. Bunun düşüncəsini belə sevmirəm. Qızımla da, İkardi ilə də danışmıram”.
“Qızımı artıq 6 ildi danışdırmıram. Nəvələrimlə – Françeska ve İzabella ilə tanış olmamışam. Mauro İkardi ilə də görüşmürəm. Bu uşaqlar şöhrət, pul və yaşadıqları durumdan sərsəmləyib. Onlara yaxınlaşan bütün insanlardan qorxurlar” deyə Andres Nara bildirib.
Ata Nara qızının keçmiş həyat yoldaşı Maksi Lopeslə hələ də danışdığını bildirib: “Maksi üç nəvəmin atasıdır. Bir neçə gün əvvəl nəvələrimlə birlikdə olanda mənə bir video göndərdi. Uşaqlar məni çox gözəl, həyacanverci şəkildə salamladılar. Yaxşı atanın etməli olduğu budur”.
Qeyd edək ki, Vanda Nara 2008-2013-cü illərdə Maksi Lopeslə evli olub. Həmin vaxt Maksi Lopeslə Mauro İkardi eyni klubda – “Sampdoriya”da oynayıb. Vanda Nara ərinə komanda yoldaşı ilə xəyanət edib. Bunu öyrənən Maksi Lopes ondan boşanıb. Vanda Nara bundan sonra Mauro İkardi ilə evlənib. O, hazırkı həyat yoldaşından 6 yaş böyükdü.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şenol Günəş Bakıya gəldi, "Qarabağ"ın bazasında oldu - FOTOLAR
Nazirdən yeni təyinat
"Rəqqasə adını özümə yaraşdırmıram"
"Qəbələ"nin futbolçusu millinin heyətindən çıxarılıb
Daha bir dünya ulduzu Türkiyə Super Liqasında - Rəsmi açıqlama
Neymar PSG-dən ayrılır
Kreml: "İjevskdəki məktəbə hücum terror aktıdır"