"Atası yaşda kişi ilə eşq yaşamamalıdır" — Aysel Xoşqədəmi məhkəməyə verib

13 illik evliliyini müğənni Aysel Əlizadənin dağıtdığını deyən Turanə Nəcəfova ətrafında qalmaqal bitmək bilmir.
Minval.İnfo axşam.az-a istinadən bildirir ki, “Səni axtarıram” verilişinə gələn Turanə iş adamı olan əri Elçinin qızını ondan aldığını söyləyib.
Ayselin vəkili Ruhin Yolçuyev X.Hidayətqızına məktub yollayıb və yazıda bunlar qeyd olunub:
“Turanə adlı şəxs tərəfindən şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirilmiş, təhqir edilmiş, şəxsi və ailə həyatı üzrə yayılması məlumatlar Ayselin razılığı olmadan yayımlanmışdır”.
Xoşqədəm daha sonra Ayselə müraciət edib və deyib ki, studiyaya gəlib danışsın:
“Bu cür gözəlliyə sahib olan, gənc qız dədəsi yaşda kişi ilə eşq yaşaya bilməz. Buna görə məni məhkəməyə verirsənsə, get ver.
Azərbaycanda namuslu qızların sayının çox olmasını istəyirəm.
Səsi olmayan müğənniləri gərək efirə buraxılmasın. Bizim övladlarımız onlara baxıb örnək götürürlər: geyimindən, sənətindən, səsəindən tutmuş hər şeyə görə”.
Qeyd edək ki, Turanə “Yetim” ləqəbli ərinin avtosalonları olduğunu və tikinti işi ilə məşğul olduğunu söyləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!