"Atamın ruhunu qapıya qədər yola saldım” – Depresiyaya düşən Renka
Tanınmış rəqqasə Rəna Ağamuradova (Renka) rejissor Nail Naiboğlunun “Youtube”da yayımlanan “Mən” layihəsində qonaq olub.
BAKU.WS xəbər verir ki, rəqqasə koronavirusa yoluxmasından və atasının bu virusdan dünyasını dəyişməsindən söhbət açıb, gözyaşları içərisində atasının koronavirusun qurbanı olduğunu bildirib:
“İndiyə kimi telefonuma zəng gələndə qorxuram. Klinikadan yığdılar mənə ki, atan dünyasını dəyişib. Kaş mənim yanımda olardı, evdə keçinərdi. Özümü koronavirus qurbanı hesab edirəm. Mart-apreldə çox qorunurdum. Virusa yoluxanda paylaşdım, hamı dedi ki, özünü reklam edir. İndi o hisslə yaşayıram ki, bir gün atamla qovuşacam. Heç bilmirəm necə qol qaldıracam, geyinəcəm, mahnı səsi eşidəcəm… Amma heç nə etmirəm, başıma hava gəlir. Qalmışam ortada, bilmirəm necə yaşayım.
Uşaqlar da mənə baxıb pis olur. Azərbaycandan köçmək istəyirəm, bilmirəm niyə… O evdə otura bilmirəm. Bir də kənardan düşməyimi görüb sevinənlər var. Uşaqlarım deyir ki, babanı burada qoyub necə köçək? Deyirəm, qayıdacağıq, gəlib-gedəcəyik.
Atamın dəfnində bacımla mən idim, heç kimi yaxına buraxmadıq. Anamı belə qoymadıq gəlsin. Atanı dəfn edib, xəstəxanaya getmək dəhşət idi. Atamı yanımda belə hiss edirdim, evimizdə idi. Evə psixoloq gəldi, 2 saat üstümdə əlləşdi. Dedilər, ruha əziyyət verirsən, qoy getsin. Onu qapıya qədər yola saldım və hiss edirdim ki, ruh getdi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi