Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO
Avqustun 7-də axşam radələrində Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin Koy-Taş kəndindəki evinə hücum edərkən əsir götürülən xüsusi təyinatlıların ilk görüntüləri yayılıb.
Məlumata əsasən, yerli vaxtla saat 21:00-da xüsusi təyinatlılar Qırğızıstanın keçmiş prezidentinin iqamətqahına daxil olublar. Saat 22:00-da isə sabiq dövlət başçısının tərəfdarları evə daxil olub, xüsusi təyinatlıların müqavimətini qıraraq onları evdən çıxarmağa başlayıblar.
Hazırda A.Atambayevin tərəfdaşları bir neçə xüsusi təyinatlını hələ də əsir saxlayır. Onların ilk görüntüsü də yayılıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Ümumilikdə qarşıdurma nəticəsində 48 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib, onlardan 24-ü polis əməkdaşıdır. Xüsusi təyinatlılardan biri güllə yarasından ölüb.
Qeyd edək ki, Qırğızıstanda 2017-ci ildə prezident postunu tərk edən A.Atambayev barəsində parlament araşdırılması aparılır. Nəticələr üç ay ərzində onların əsasında cinayət işi qaldırmaq hüququna malik olan Baş Prokurorluğa təhvil verilməlidir.
Bu ilin iyun ayında deputatlar keçmiş dövlət başçısını toxunulmazlıq və eks-prezident statusundan məhrum ediblər. Eləcə də, mütəşəkkil cinayətkar qrupun üzvlərinə silah verilməsi, gəlirlərin gizlədilməsi və korrupsiya daxil olmaqla, A.Atambayevə qarşı doqquz maddə üzrə ittiham irəli sürüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda