“Atama dedim ki, siqaret çəkmə, maşın alacam”
“Atam dünyadan köçəndə ona hər şeyi deməyə imkanım oldu. Demədiyim bir şey qalmadı. Əfsuslar olsun ki, iki mahnını onun üçün lentə almışam, amma birini eşitmədi. Amma ruhu buradadır. Çətin vəziyyətə düşəndə elə bil ki, məni sığallayır, qoruyur. Allahın işidir, təbii ki, darıxıram. Onu qucaqlayardım, bu söhbətləri edərdim”.
Minval.İnfo qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev “Sənətsevər”verilişinə qonaq olarkən deyib.
Tanınmış müğənni proqramda 7 il bundan əvvəl dünyasını dəyişən atası barədə fikirlərini bölüşüb:
“Döyüşkən, mübariz olmağı anam, diplomat olmağı isə atam öyrədib. Həkimlər atama siqaret çəkməyi qadağan etmişdilər. Ona dedim ki, yarım il siqaret çəkmə, sənə maşın alacam (gülür). Atam isə xəstəliyinə görə maşından imtina etmişdi, öz maşınını satmışdı. Dedi yaxşı… Atam adi həyatda kostyum, qalstuk geyinən insan idi. Günlərin bir günü evə gəldim ki, bəzənib. Mənə deyir ki, hansı rəng alırıq? Mənim də yadımdan çıxıb.
Soruşdum ki, nəyi deyirsən? Söylədi ki, maşın söz vermişdin. Getdik, aldıq. Atam dünyadan köçəndə maşına baxırdım. Sən demə, onun zəngin musiqi zövqü var imiş. Onun 20 DVD-si var idi. Sonra onun maşını sürməyə başladım. Hamı dedi ki, Faiqin əli aşağı düşüb, ucuz maşın sürür. Daha demirdilər ki, mən dünyanın ən bahalı maşınını sürürdüm. Çünki, onun əli sükana dəymişdi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!