"Atam yanımdan keçsə, onu tanımaram" — Aysun İsmayılova - VİDEO
Minval.info xəbər verir ki, ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova olub.
Maraqlı açıqlamaları ilə diqqət çəkən Aysun, doğma atasından söz açıb:
“Nə elə bir atamız, nə babamız, nə elə bir qardaşımız, nə də anamın həyat yoldaşı olmayıb. Həmin vaxt atamla boşandığı vaxtlar idi. Həmin vaxt mənim 3 yaşım var idi, hal-hazırda atam yanımdan keçsə, onu tanımaram”.
Daha sonra aparıcının “atanla görüşmürsüz?” sualına qəlbi qırılmış Aysunun cavabı da ürəkləri dağlayıb:
“Görüşmürsüz deyəndə ki, mən 14 yaşım olanda onu axtarıb tapmışdım. Anamdan xəbərsiz nənəm ilə birgə rayona gedib atamı tapmışdım. Amma o istəmədi. Qarşıma çıxmadı. Dedi ki, artıq mənim övladlarım var, mənim ailəm var, istəmirəm. Daha sonra mən məşhurlaşdıqca eşidirdim ki, tanımaq istəyir. Amma mən istəmirəm.
Əvvəllər həyətdə oynayarkən hansısa bir qızın atası gəlib onu qucaqlayanda çox pis olurdum. Tez qaçıb evə qalxırdım və mən də anamı qucaqlayırdım. Amma anam ailə həyatı qurduqdan sonra hiss etdim ki, mənim doğurdan da atam var”.
https://www.youtube.com/watch?v=LVj3MaSi-EA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!
