“Atam dəfn olunanda səhnədə oxuyurduq” - Gülyaz və Gülyanaq
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar iki həftə öncə qəzada bacılarının həyat yoldaşı Mövsüm Məmmədkərimov barədə “X maqazin” verilişində danışıblar.
Axşam.az bildirir ki, sənətçilər faciədən pis olduqlarını, yeznələri ilə münasibətlərinin yaxşı olduğunu yazıblar.
“Qəza olmuşdu, “Kamaz” xalam oğlunun üstündən keçmişdi. Birinin qırxı çıxmamış, o biri faciə baş verirdi. Atam, əmim, ustadımız Kamil müəllim, kürəkənimiz… ardıcıl acılar yaşadıq. Yeznəmiz bizimlə fəxr edirdi. Konsertimizə gəlməyə hazırlaşırdı”.
Sənətçilər ağır itki ilə bağlı oktyabrın 30-na planlaşdırılan konsertlərini ləğv etməyəcəklərini söyləyib:
“Atamız rəhmətə gedəndə Gülyaz dövlət tədbirində, mən isə Avstriyada konsertdə idim. O, dəfn olunanda səhnədə oxuyurduq. Bu, bizim işimizdir. Atam bununla fərəhlənirdi. Bizi ekranda görəndə “oxuyan balalarım, sizinlə fəxr edirəm” deyirdi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!