Ata Abdullayevi nə qədər həbs gözləyir? - Vəkildən açıqlama
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılan Ata Abdullayev barədə həbs qərarı verilib.
DTX-nin İstintaq orqanının vəsatəti əsasında prokuror məhkəməyə təqdimat verərək A.Abdullayevin 4 ay müddətinə həbs edilməsini istəyib.
Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2 maddəsi ilə ittiham edilir.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Bəs görəsən bu maddə ilə təqsirləndirilən Ata Abdullayevi nə qədər həbs gözləyir?
Tanınmış vəkil Adəm Məmmədov Azxəbər.com-a açıqlamasında deyib ki, Ata Abdullayevi 5 ilədək həbs gözləyir: Ata Abdulayevi hədə-qorxu tələb etmə maddəsi eyni zamanda hadisəni dəfələrlə təkrar törətdiyinə görə iki ildən beş ilədək həbs gözləyir. Bu Cinayət Məcəlləsinin 182.2.2 maddəsi ilə təsbit edilib.
Qeyd edək ki, ilkin məlumata görə, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda