Astarada çətənə bitkisi yetişdirən ər-arvad və qayın saxlanılıb
Astara rayonunda çətənə bitkisi yetişdirən ər-arvad və qayın saxlanılıb.
Bu barədə “Minval.info”ya DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Belə ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş 2019” tədbirlər planı çərçivəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pensər kəndində narkotik xassəli bitkilərin becərdilməsi faktı aşkar olunub.
Hadisə yerinin müayinəsi zamanı Pensər kənd sakini Xəyalət Zakirov və həyat yoldaşı T.Zakirovanın yaşadıqları fərdi yaşayış evinin həyətində sonuncunun qardaşı, əvvəllər məhkum olunmuş Zahir Şükürovla birlikdə aqrotexniki qulluq göstərməklə yetişdirdikləri 31 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı