Astara sakini 2 mikroavtobusu yandırıb
Astara sakini şəxsi münasibətlər zəminində 2 mikroavtobus yandırıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Astara rayonunun Toradi kənd sakini Namiq Babayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında ona məxsus 2 ədəd “Ford” markalı mikroavtobusun naməlum şəxs tərəfindən yandırıldığını bildirib.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Astara rayonu Hamuşam kənd sakini İsrafil Qasımov olduğu məlum olub. İ.Qasımov bu əməli şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib və gecə saat 3 radələrində özü ilə gətiridiyi benzinlə N.Babayevə məxsus 99 DR 809 dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobusu yandırdığını bildirib. Nəticədə həmin avtomaşın tamamilə yanıb, yanaşı dayanmış 99 DX 134 dövlət nömrə nişanlı “Ford” markalı digər mikroavtobus isə yanğından qismən zərər görüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı