Aşiq olmuşam - Tünzalə Ağayeva

“Məndəki bu dəyişikliyi görən yaxınlarım məndən aşiq olduğumu soruşurlar. Onlara deyirəm ki, aşiq olmuşam, amma özümə. Özümü sevirəm” Xalq artisdi Tünzalə Ağayeva Minval.info -a müsahibəsi zamanı bildirib:
“İmicimdə olan dəyişiklikləri görənlər deyir ki, siz sindirom yaşayırsınız. Bu sindirom deyil. Mən yaşımın gözəlliyini yaşayıram, çox xoşbəxtəm. Buradan gənc qızlarımıza səslənirəm ki, “Siz çirkin deyilsiniz”. Özünüzə daha çox diqqət edin, özünüzü sevin. Məndəki bu dəyişikliyi görən yaxınlarım məndən aşiq olduğumu soruşurlar. Onlara deyirəm ki, aşiq olmuşam, amma özümə. Özümü sevirəm”.
Xalq artisti “Səs Azərbaycan” yarışmasında münsif heyəti kimi çıxışının həmkarları tərəfindən qısqanclıqla yanaşmasına da öz mövqeyini bildirdi:
“Səs yarışmasında münsif heyəti kimi iştirak etməyim mənim müraciətim nəticəsində baş verməyib. Layihə rəhbərləri hansısa kriteriyalara görə sənətçiləri seçirlər. Hər mövsüm layihənin münsifləri dəyişəcək. Həmkarlarımın bu barədə söylədiyi fikrlərə hörmətlə yanaşıram. Mənim kimi Xalq artistini hər layihəyə imza atdıra bilməzlər, hər layihəyə imza atmaram. Mən artıq kariyeramın elə bir nöqtəsindəyəm ki, hər saatım, saniyəm belə maddiyyatdır. Əgər bir layihəyə 6-7 ayımı sərf edirəmsə bu mənim əziyyətimə dəyməlidir”.
NƏRMİNƏ AYDINQIZI
MİNVAL.İNFO
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır