Aşıq Ədalətin gəlini işlədiyi xəstəxanadan şikayət etdi - TÖHMƏT ALDI
Qazaxda koronavirusla mübarizəyə cəlb olunan rayon Təcili Tibbi Yardım Stansiyasının işçiləri üçün ayrılan müvəqqəti binadakı şəraitdən şikayət edən həkim Sevda Nəsibovaya şiddətli töhmət verilib.
Bu barədə Unikal.org-a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə qeyd olunub ki, S.Nəsibova vəzifə səlahiyyətlərini aşaraq məlum videoda yanlış məlumatlar yaydığı, əhali arasında çaşqınlıq yaratdığı və görülən işlərə kölgə saldığına görə şiddətli töhmət alıb.
Töhmət alan həkimin Azərbaycanın görkəmli aşığı, əməkdar incəsənət xadimi Aşıq Ədalətin (Ədalət Nəsibovun) gəlini olduğu bildirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda S.Nəsibova həkimlər üçün ayrılan müvəqqəti binadakı şəraitdən şikayət edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ - Daha bir icra başçısı işdən çıxarıldı (FOTO)
Xankəndində ermənilər Azərbaycan Prezidentinin çıxışını belə izləyir
4 gün iş, 3 gün istirahət – Azərbaycan buna hazırdırmı?
Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi - RƏSMİ
"E-manat" və "MilliÖn"dən külli miqdarda pul oğurlanıb