Asılmış vəziyyətdə tapılan Kəmalənin əri: "Gecə 3-də telefonla tutmuşam" - VİDEO
Space Tv-də Amil Xəlilin “Gəl dərdini danış” verilişində növbəti müəmmalı ölüm hadisəsi müzakirəyə çıxarılıb.
Minval.info xəbər verir ki, 9 ilin gəlini Kəmalə Salyanın Xıdırlı kəndində ata evində asılmış vəziyyətdə tapılıb.
Belə ki, o, bir müddət əvvəl həyat yoldaşı ilə münaqişə yaşadığından acıq edib ata evinə qayıtmışdı.
Kəmalə bir uşaq anası idi. Ailənin iddiasına görə, onu mərhumənin keçmiş əri öldürüb. Kəmalənin anası və yaxınlarının sözlərinə görə, o, bir gün əvvəl DİN-nin “102” xidmətinə zəng vuraraq əri Sovqat tərəfindən narahat edildiyi barədə məlumat verib.
Ana deyir ki, Kəmalə asılan zaman işıqlar sönüb. Müəmmalı məqam budur ki, o, özünü evdəki otaqların birində deyil, çölə çıxan qapıdan asıb. Ana qızının intihar etdiyinə inanmır.
Kəmalənin əri isə uşağının anasının ölümündən təəssüflənmədiyini bildirib: “Gecə saat 3-də əlində telefon tutmuşam. Yaxşı edib efvimdən çıxartmışam. Onun ölümü tükümü də tərpətmir”.
Kəmalənin asılmış meyitinin tapıldığı yerin görüntüləri və anasının qandonduran açıqlamalarını aşağıdakı videoda izləyə bilərsiz:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO