“ASAN xidmət”ə yeni səlahiyyətlər verildi - Prezident fərmanı
Prezident İlham Əliyev Konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Minval.info xəbər verir ki, fərmana əsasən aşağıdakı məzmunda 5.19-cu bənd əlavə edilir:
“5.19. konsulluq xidmətləri ilə bağlı:
5.19.1. xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi;
5.19.2. sənədə apostil verilməsi və sənədin leqallaşdırılması;
5.19.3. viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi.”;
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan vətəndaşlarına, habelə xarici ölkələrdə olan Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə konsulluq xidmətlərinin “Elektron hökumət” portalı vasitəsilə elektron qaydada göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görəcək.
Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gürcüstanda koronavirus tapılan şəxslə bağlı - Nazirlik rəsmi açıqlama yaydı
Benzin bahalaşır? - RƏSMİ CAVAB
Vergilər Nazirliyi ilə bağlı dəyişiklik - Prezidentdən sərəncam
Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib
Bu rayonlarda qaz olmayacaq
Azərbaycanda bu hallarda ata adından imtina etmək olar
Bakı-Batumi-Bakı istiqaməti üzrə yeni avtobus reysi açılır