Bərdədə 27 yaşlı arvadını balta ilə qətlə yetirməkdə təqsirləndirilən Sadiq Hümbətov və Elçin Qurbanovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Ölkə.az xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin mart ayında Bərdə rayonunda baş verib. Rayonun Kətəlparaq kənd sakini Qarayev Eyvaz Qurban oğlunun evi yanıb, 1961-ci il təvəllüdlü Qarayeva Rahilə İbrahim qızı çoxsaylı bıçaq və yanıq xəsarətləri ilə 1991-ci il təvəllüdlü Qurbanova Nabat Eyvaz qızının yanmış halda meyiti Bərdə rayon mərkəzi xəstəxanasına daxil olub.

Həmin məlumat əsasında dərhal rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunub. Faktla bağlı rayon prokurorluğunda 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə; yandırmaqla ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə məhkəmə tibb ekspertizası təyin olunub, digər zəruri istintaq hərəkətləri əyat keçirilib.

Hadisəni mərhum Nabat Qurbanovanın əri ,İmişli rayonu, Qaralar kənd sakini 1988-ci il təvəllüdlü Elçin Qurbanov törədib. O, martın 1-dən 2-nə keçən gecə ailə münaqişəsi zəminində arvadı Nabat Qurbanovanı kəsici alətlə qətlə yetirib, qayınanası Rahilə Qarayevanı kəsici alətlə öldürməyə cəhd göstərib. Daha sonra evdə olan 9 yaşlı qızını çölə çıxararaq evi yandırıb.

Bərdə Rayon Prokurorluğunun və rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakinləri – 1996-ci il təvəllüdlü Sadiq Şükür oğlu Hümbətov və 1997-ci il təvəllüdlü Elçin Natiq oğlu Qurbanov tutulublar.

Qeyd edək ki, N. Qurbanova və E.Qurbanov bir müddət öncə ayrılıblar. N. Qurbanova məhkəməyə müraciət edərək boşanmaq istəyib, lakin E.Qurbanov buna qarşı çıxıb. Məhkəmə də qanuni prosedura uyğun olaraq onlara barışmağı təklif edib. N. Qurbanova bundan imtina edib. Cütlük bu səbəbdən mübahisə edib.