Arvadını baltalayan şəxsin məhkəməsi başlayıb
Bərdədə münaqişə zəminində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Şahvələd Nadirxanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilən iclasda şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı avqustun 5-ə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il Bərdə rayonunun Cəyirli kəndində baş verib.
Kəlbəcər rayon sakini Nadirxanov Şahvələd Pənah oğlu həyat yoldaşına balta ilə xəsarət yetirib. Ağır xəsarət alan 1983-cü il təvəllüdlü Yəhyayeva Pərvanə Arif qızı yaxınları tərəfindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub. Ş.Nadirxanov saxlanılıb və ona Cinayət Məcəlləsinin 29.120-ci(adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
Hadisənin qısqanclıq zəmində törədildiyi və Ş.Nadirxanovun bir müddət əvvəl həbsdən çıxdığı bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı