"Artıq "Qarabağ"ı həsrət çəkmədən oxuyacam"
Xəbər verdiyimiz kimi, bugün Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilməsini rəsmi şəkildə elan edib. Sosial mediada bu şad xəbərlə bağlı minlərlə təbrik paylaşımları olub. Məşhurlar da bu paylaşımları edənlər sırasında yer alıblar.
Axşam.az xəbər verir ki, onlardan biri də gənc müğənni Tunar Rəhmanoğludur. İfaçı İnstaqram hesabında ifasını paylaşaraq “Ağdam, qayıdışın mübarək” sözlərini yazıb. Sevincli anlar yaşadığını deyən ifaçı sözlərinə belə davam edib:
“30 il Qarabağ oxudum. İnşallah, artıq o ifamı niskilsiz, həsrət çəkmədən vətənimdə, Ağdamımda-Qarabağımda oxuyacam, Allah ömür verərsə. Arzuma çatdım. Prezident İlham Əliyevə sonsuz təşəkkür edirəm. Şəhidlərimizin ruhu şad olsun, hər zaman ruhunuz, adınız qarşısında baş əyirəm. Təbriklər, gözün aydın Azərbaycan”. 
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!