Artıq dişi kariyesdən qorumaq mümkün olacaq
ABŞ-ın kimyaçı alimləri diş ərpi və daşının yaranmasına səbəb olan mikrob təbəqəsini əridə bilən nanomaterial yaradıblar.
Trend-in məlumatına görə, Pensilvaniya Universitetindən (Filadelfiya, ABŞ) Xyun Ku və onun həmkarları orqanizmdə dəmir çatışmazlığına qarşı mübarizə məqsədilə yaradılmış nanohissəciklərlə eksperiment apararkən diş daşını və onunla əlaqəli streptokok biotəbəqəsini təmizləməyin effektiv yolunu kəşf ediblər. Bu preparat turşu mühitinə düşərkən daha çox hidrogen-peroksid ayırmağa başlayır. Peroksid bakteriyaları öldürür və dişlərin sağlam hissələrinə toxunmadan onları məhv edir.
Alimlər diş daşından nümunələr götürərək nanohissəciklərin onlara təsirini öyrəniblər. İlk təcrübə göstərib ki, bu cür “diş tozu” diş emalını zədələmədən ərpi tez dağıdır və mikrobları öldürür. Bu cür nanohissəcikləri diş pastasına, yaxud kariyesə qarşı məhlullara əlavə etmək olar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq