"Arsenal" azarkeşləri Bakıdakı finaldan öncə təxribatçılıq ediblər
İngiltərənin “Arsenal” klubunun azarkeşləri Bakıda keçiriləcək Avropa Liqasının finalı öncəsi təxribata əl atıblar.
“Report” “The Sun”a istinadən xəbər verir ki, fanatlar “Twitter” sosial şəbəkəsində “Çelsi”nin futbolçuları N Qolo Kante, Eden Azar, Kepa Arrisabalaqanı hədəfə alıblar.
Onlar hər üç futbolçunun erməni olduğunu üçün Bakıdakı finalda iştirak etməmələrini istəyiblər.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Riçard adlı “Twitter” istifadəçisi tətildə Ermənistana getdiyini, nənə və babalarını ziyarət etməyə gedən Kante və Azarın da orada olduğunu yazıb.
Digər bir fanat isə Arrisabalaqanın DNT testindən sonra 62 faiz erməni olduğunu yazıb.
Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Londonun digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.
Minval.info


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq