Ardadan həbs qərarına reaksiya
“Başakşəhər”in futbolçusu Arda Turan İstanbul məhkəməsinin onun haqqında bu gün çıxardığı 2 il 8 ay həbs qərarına münasibət bildirib.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müqavilə ilə “Barselona”ya məxsus olan yarımmüdafiəçi heç bir günahının olmadığını və məhkəmənin qərarı ilə razılaşmadığını deyib:
“Sevinirəm ki, bütün bunlara son qoyuldu. Mən heç nədə günahkar deyiləm. Mənə böhtan atıldı. Mən peşəkaram və meydanda özümü sübut edərək ailəmin təminatına çalışıram”.
Xatırladaq ki, Arda Turan ötən ilin oktyabr ayının 10-da gecə klublarını birində müğənni Berkay Şahinlə davada onun burnunu sındırıb, sonra xəstəxanada Berkaya silah çəkib və yerə atəş açıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı