"Araz" marketin Bərdə filialının müdiri 9 min AZN borca görə intihar edib -

Bərdə şəhərində “Araz minimarket” filialının müdiri İsgəndərov Tofiq İlham oğlunun intiharının səbəbi məlum olub.
Tofiq İsgəndərovun yaxınlarının Baku.ws-ə verdiyi məlumata görə, onun marketlər şəbəkəsinə 12 min manat borcu olub. 3 min manatını qaytara bilsə də, 9 min manat şirkətə borclu qalıb. Ona borcun qaytarılması üçün aprelin 15-dək vaxt verilsə də, T.İsgəndərov marketin pulunu TOPAZ-da uduzduğundan borcunu ödəyə bilməyib. Çıxış yolunu isə özünü öldürməkdə görüb.
“Araz” marketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova isə bildirib ki, hadisənin səbəbləri hələlik tam məlum deyil. Ehtimal edilir ki, hadisə şəxsi zəmində baş verib. Əmirova, Tofiqin şirkətə heç bir borcu olmadığını, hadisənin motivinin hüquq-mühafizə orqanı əməkdaşlarının araşdırmasından sonra bəlli olacağını bildirib.
Qeyd edək ki, 1988-cı il təvəllüdlü, Bərdə rayon sakini İsgəndərov Tofiq İlham oğlu 2015-cı ildən Araz Supermarketlər Şəbəkəsində çalışırdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı