"Araz" marketdən alınan kolbasa üfunət iyi verir - FOTOLAR
Bakıda “Araz” marketdən alınan kolbasa iyrənc halda olub.
Minval.info xəbər verir ki, Bakı sakini Nurlan Mirəli “Araz” marketlər şəbəkəsinin Nizami rayonu ərazisində yerləşən filialından Rusiya istehsalı olan kolbasa alıb.
N.Mirəli məhsulu alarkən üzərində son istifadə tarixinin bitmədiyini görməsinə rəğmən yenə də marketin xidmət keyfiyyətinə güvənməyib. O, kolbasanı doğrayan zaman güvənməməkdə nə qədər haqlı olduğunu anlayıb.
ƏLAQƏLİ
Xəzər sahilində Yunanıstan ab-havalı yeni məkan – “Santorini” restoranı fəaliyyətə başladı VİDEO
İylənmiş kolbasa ilə bağlı “Araz” marketdən açıqlama – FOTO
Belə ki, son istifadə vaxtı keçməsə də kolbasa xarab olub: “Rusiyanın ət məhsulları istehsalı olan “ЦАРИЦЫНО” kolbasasını bu gün “Araz” marketdən almışdım. Yaxşı ki, uşaq yeməmiş yoxlamaq üçün özüm kəsdim. Bu zaman kolbasadan elə bir qoxu gəldi ki, dəhşət… Bərbad bir şəkil də iylənib”.
Şikayətçi qeyd edib ki, kolbasanı aldığı gün üzərindəki son istifadə tarixinə 11 gün qalıbmış. O, bunu çəkdiyi fotolarla da sübut edib.
Paşa Sadıqlı
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
Ukraynanın yeni hədəfi Rusiyanın onlayn ticarət sektoru ola bilər
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
