Aqil M.Quliyev: “Əri yoxdur, hamı da bilir kimin məşuqəsidir”
Tanınmış rejissor Aqil M.Quliyev azərbaycanlı aktrisaların erotik filmlərə çəkilməməsinin səbəblərini açıqlayıb.
Minval.İnfo xəbə verir ki, yenicag.az-a açıqlama verən rejissor bildirib ki, yataq səhnələri üçün çəkilən aktrisanın birinci növbədə mükəmməl bədən quruluşu olmalıdır:
“Birincisi, aktrisa erotik filmə çəkilirsə, gözəl bədən quruluşu ilə göz oxşamalıdır. Eyni zamanda, həyatda mükəmməl öpüşməlidir ki, səhnədə də öpüşə bilsin. Yoxsa ki, baxırsan, həyatda öpüşməyi bacarmır, amma səhnədə erotik obraz canlandırır. İkincisi, onda cəsarət olmalıdır ki, bu addımı ata bilsin. Çünki gənc aktrisaların çoxu buna cəsarət etmir, mentalitet qorxusu onları çəkindirir.
Fikirləşirlər ki, yataq səhnəsinə razılıq versələr sonra onları alan olmaz, evdə qalarlar. Hansı ki, bu gün aktrisa olmayan elə məşhurlar var ki, onları nə mentalitet maraqlandırır, nə də onun-bunun qınağı. Tanıdığım elə məşhur xanımlar var ki, əri yoxdur, iki-üç uşaq doğub, hamı da bilir kimin məşuqəsidir. Amma heç kimin cəsarəti çatmır ki, ona bir söz desin. Çünki saxlayanı güclüdür, kimsə nəsə deyəcək, vurub qabırğalarını sındıracaqlar. Sosial şəbəkələrdə fotolarını paylaşır, altında elə xoş sözlər yazırlar ki… O yazıq aktrisanın elə güclü adamı yoxdur axı. Gecə-gündüz əlləşir, zəhmət çəkir, sənəti ilə qəpik-quruş qazanır”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!