Aqil Abbas: “Adamlar öz torpağına getmək üçün ölür, onlardan biri də mənəm”
Deputat Aqil Abbas Milli Məclisdə söz alaraq, bəzi media orqanlarında Qarabağa qayıdışla bağlı yanlış təbliğatın aparılmasından bəhs edib.
Musavat.com xəbər verir ki, bu mənada millət vəkili Şuşadan olan bir nəfərin geri qayıtmayacağı barədə fikirlərinin geniş təbliğ olunmasını məqsədli sayıb: “Adamlar öz torpağına getmək üçün ölür, biri də mən. Buradakı Bəxtiyarlar, Qubadlıdan olan Ülvi, hər kəs. İnşallah hamı öz evlərinə qayıdacaq! Biz qarabağlılar ruhdan düşən deyilik, nə qədər istəyirlər, desinlər!”
Sədr Sahibə Qafarova bildirib ki, belə şayiələr olacaq, Azərbaycan xalqı müdrik xalqdır: “Əlbəttə, insanlarımız öz yurdlarına qayıdacaqlar”,-deyə sədr əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda