Aprel döyüşlərindən Vətən Müharibəsinə: Qardaşlar düşmənin canına qorxu salıb - VİDEO
Qubanın Alpan kəndindən olan Cavad və Murad Babayev qardaşları torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə elə ilk gündən qoşulublar.
Minval.info Baku TV-yə istinadən xəbər verir ki, xüsusi təyinatlı qüvvələrin sırasında yer alan Cavad Babayev Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə yoldaşları ilə birlikdə düşmənin çox sayda canlı qüvvəsini və texnikalarını məhv edib.
O, düşmənin snayper gülləsinə tuş gələrək ayağından yaralanıb.
Onun sözlərinə görə, vətən yolunda hər şeyi gözə alıb:
“Şəhid də ola bilərdik, qazi də. Hamının məqsədi bir idi: torpaqlarımızı azad etmək, zəfər çalmaq”.
C.Babayevin böyük qardaşı gizir Murad Babayev də onun kimi mərd və cəsurdur. Ordumuzun gücündən, əsgərlərimizin şücaətindən danışan qazimiz də düşmənə qan uddurmağı bacarıb.
M.Babayev həm də Aprel döyüşlərində iştirak edib. Həmin döyüşlərdə də xəsarət alan qəhrəmanımız bu dəfə Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb. Yaxınlığında mərmi partlaması nəticəsində baş və ayaq nahiyəsindən qəlpə yaraları alıb.
https://youtu.be/tOY9FYRGkL4
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramiz Zeynalov vəzifəsindən azad edilməyib - RƏSMİ
Elmar Vəliyevin daha bir videosu yayıldı - Bu dəfə isə... - VİDEO
Ölkədə ev tikmək qaydaları qəlizləşdi
Nazir xanım Tağıyevaya yeni vəzifə verdi
Çimərliklərin istifadəsinə icazə verildi - RƏSMİ
“Mahir lazımsız verilişlərə qonaq olur” - Atası