10.09.2026 - 08:49
Maqazin 10 baxış

Apple-dan yeni iPhone 18: Qiymətlər açıqlandı!

ABŞ-ın texnologiya nəhəngi Apple, payız təqdimatında gözlənilən yeni iPhone 18 və iPhone 18 Pro Max modellərini təqdim etdi. Tədbir zamanı yeni nəsil flaqmanların texniki xüsusiyyətləri açıqlanıb.

Minval.info xəbər verir ki, yeni cihazlar dörd fərqli rəng seçimi ilə təqdim olunub və M-seriyası prosessorlarından ilhamlanaraq hazırlanan 2 nanometrlik 6 nüvəli CPU, 7 nüvəli GPU “A20 Pro” çipi ilə təchiz edilib. Bu prosessor qrafik sürəti 40% artırıb və soyutma sistemi əsaslı şəkildə təkmilləşdirilib. Yüksək gərginlik zamanı telefonun arxa şüşəsinin qızması minimuma endirilib.

Kamera sistemində edilən dəyişikliklər peşəkar çəkiliş imkanları yaradır. İndi video çəkilişi zamanı FPS, ekspozisiya, balansı tənzimləmək və fokus nöqtəsini dəyişmək mümkündür. Bundan əlavə, “Apple Intelligence” sisteminə böyük “Siri AI” yenilənməsi gətirilib. Süni intellekt artıq 250-dən çox tətbiqlə inteqrasiya olunaraq istifadəçinin təqvimi və yazışmalarını təhlil edə bilir. Fotoşəkillərdən arzuolunmaz obyektlərin silinməsi və dəri teksturasının hamarlaşdırılması funksiyaları da əlavə olunub.

“iPhone 18 Pro” modelinin qiyməti 1199 dollardan, “iPhone 18 Pro Max”ın qiyməti isə 1299 dollardan başlayır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: