"Aparıcılar silikona xərclədikləri pulu təhsilə ödəsinlər" - Günel
“Azərbaycanda aparıcılarımız silikonlara xərclədikləri pulu təhsilə versələr, daha yaxşı olar. Azərbaycan, rus kanallarına baxmıram. Hərdən Amerika telekanallarını izləyirəm. Arada sosial şəbəkədə paylaşımlara baxıram. Mat qalıram, insanın düşüncə qabiliyyəti bu qədər aşağı olar? Qaşı, gözü qəşəngdir, “kukla”ya oxşayırlar. Amma ağzını açanda, elə bil 1 yaşında uşaq danışır. İntellekt yoxdur”.
Axşam.az xəbər verir ki, bu sözləri Amerikaya köçən aparıcı Günel Musəvi deyib. “Hər şey daxil” verilişinə danışan aparıcı hazırki həmkarlarının savadsızlığından gileylənib. O bildirib ki, aparıcıların əksəriyyətinin savadı yoxdur.
Günel Əməkdar artist Röya Ayxanla bağlı da danışıb. O, sənətçinin təhsilinin az olduğunu söyləyib:
“Röyanı izləyirəm, bəyənirəm. Eyni zamanda Xatirə İslam, İradə İbrahimovanı izləyirəm. Şou-biznesdə intelektual səviyyəsi yaxşı olan insanlar var. Məsələn, Faiq Ağayev, Murad Arif, Murad Dadaşov, Tünzalə Ağayevanı missal çəkə bilərəm. Mənə elə gəlir ki, Röya Ayxanın da intellekti yaxşıdır, amma təhsili azdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır