Aparıcıdan ağır sözlər: “Utanmır, adını kişi qoyub, amma arvad kimi…”
Xəzər televiziyasının “Evdəkilərə salam” verilişinin aparıcısı Aytəkin İsmayılqızı həmkarı ilə qalmaqal yaşayıb.
Yenicag.az-a açıqlama verən aparıcı onun arxasınca danışan kişi həmkarının ünvanına ağır sözlər söyləyib:
“İnsanlar var ki, üzünə gülür, səni özünə dost, rəfiqə sayır. Amma arxanca min dənə söz danışır, paxıllığını çəkir, ayağının altını qazıyır. Qeybət edən adamın kişi olduğunu biləndə, təəssüf hissi keçirirsən. Bu yaxınlarda mənim verilişimi izləyən bir nəfər tanınmış aparıcı haqqımda dedi-qodu edib, deyib ki, “əşşi, Aytəkin aparıcı deyil ki…” Özünü mənə rəfiqə sayan birisi də onun sözünü təsdiqləyib. Utanmır, adını kişi qoyub, amma arvad kimi qadınların arxasınca danışır. Əvvəllər kişi olan kəs özünə hörmət qoyardı, dedi-qodu etməyi özünə sığışdırmazdı. İndi kişilər arvad kimi qeybət etməkdə qadınları da geridə qoyub. Buna görə utanıb xəcalət çəksinlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır