28.07.2018 - 21:03
Dünya
19 baxış
Aparıcı Ərdoğana diktator dediyi üçün işdən çıxarıldı

Tailandlı TV aparıcısı Fitafon Eariyakun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana diktator dediyi üçün işdən çıxarılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, türk əsilli almaniyalı futbolçu Mesut Özilə qarşı edilən ayrıseçkilik məsələsinin müzakirə edildiyi proqramda aparıcı Ərdoğan barədə “1000 otaqlı saray inşa edən, seçkilərdə hiylə işlədən, jurnalistlərə təzyiq göstərən diktator” fikrini səsləndirib.
Tailandda fəaliyyət göstərən “Sülh üçün Müsəlmanlar” təşkilatı bu mövqeyə görə jurnalistin cəzalandırılmasını tələb edib. Daha sonra gündəmə düşən məsələ Eariyakunun işdən çıxarılması ilə nəticələnib.
Firafon Eariyakun Türkiyənin Tailanddakı səfiri Evrən Dağdələn Akgündən işlətdiyi ifadəyə görə üzr istəyib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qəzza mövzusunda film Venesiyada rekord qırdı
12.09.2026 - 10:10
Centcom rəhbəri Səudiyyədə təcili məsləhətləşmələr aparır
12.09.2026 - 09:35
Britaniya: Rusiyanın itkiləri 1,5 milyona çatdı
12.09.2026 - 09:14
Şaban geri qayıdır: Ali Sunal ata yolunda
11.09.2026 - 23:05
11 sentyabrın gizli şahidi: Holli Ratçford ortaya çıxdı
11.09.2026 - 21:20
İran yeraltı raket istehsalına başladı!
11.09.2026 - 20:03
Ece Erken oğlunun təhsili üçün Dubaya köçür
11.09.2026 - 17:57
Dollar sabit, avro və lirə ucuzlaşdı
11.09.2026 - 15:23