"And olsun Allaha ki, obyektim yoxdur"
“Səhnə daim şuxluq, gözəllik tələb edir. Ola bilər yaşlanasan, amma karizmatik yaşlanasan. Nə olur olsun, bir zaman gəlir ki, deyirsən bəsdir”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov “ATV maqazin onlarla” verilişində deyib. Sənətçi bildirib ki, qazancını ancaq yaradıcılığına qoyub:
“Sabahım üçün gün ağlamamışam. Sabahımı fikirləşən adam olmamışam. Nəyim var göz qabağındadır: filmlər, kliplər, mahnılar. And olsun Allaha ki, evlər, obyektlər, maşınlar almamışam. Biznes adamı deyiləm, sənət adamıyam. Ticarətlə məşğul olanlar bağışlasın, amma yalandan and içə bilmərəm”.
İzzət deyib ki, artıq verilişlərə də seçib gedir:
“Efirlərə gedəndə soruşuram ki, kim olacaq, nədən danışılacaq? Bəsdir, nə qədər olar? Elə veriliş var ki, onlara sual vermədən gedirəm. Söz verirlər ki, nəsə olmayacaq. Deyirəm, mənə bir söz deməyəcəksən, yanımdakına deyəcəksən”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır