Anar məhkəmədə keçmiş arvadına uduzdu

Reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva məhkəmədə qalib gəlib.
İslamazeri.com xəbər verir ki, Axşam.az-a açıqlama verən Anjelika bildirib ki, məhkəmə qərarına əsasən, reper övladlarına aliment ödəməlidir:
“Anar artıq neçə ildən sonra övladlarıma aliment ödəyəcək. Uşaqlarımın haqqını tələb etdim və məhkəmədə qalib gəldim. Hər övladıma ayda 154 manat pul ödəniləcək. Bundan sonra daha bir iddia qaldıracam. Bu isə uşaqlarımın evlə təmin olması olacaq. Keçmiş qayınatam Rizvan Cəbiyev deyir ki, Anarın evi yoxdur. Amma Anar evlənəndə dövlət başçısı onu evlə təmin etmişdi. Rizvan bəy sonra o evi satdı və özünə başqa ev aldı. İnanıram ki, növbəti məhkəmədə də qalib gələ biləcəm və övladlarımı yaşamaq üçün evlə təmin edə biləcəm”.
Anjelika keçmiş qayınatasının onu “Bandotdel”ə şikayət etməsi məsələsindən də danışıb:
“Rizvan bəy məsələ ilə bağlı o qədər yerlərə zəng vurur, adamlara tapşırtdırır ki… Məsələ ilə bağlı tam qərar çıxmayıb. Amma orada da mənim günahsız olduğum sübut edilmişdi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Murad Arifdən toy məhdudiyyətinə sərt etiraz
Füzuli Hüseynovun 64 illik sənət yolu
Aybəniz Haşımova şəhid həyat yoldaşını andı
Bölgələrdə "Himayədar ailə" görüşləri keçirildi
Azercell Bakıda yeni nəsil mağaza açdı
Fatma Mahmudovanın qızının toyu təxirə salındı
İsmayıllıda toyda kütləvi zəhərlənmənin səbəbi açıqlandı