“Anam Şuşada, Ağdamdakı evlərimizin açarlarını saxlayır”
Teleaparıcı Zaur Baxşəliyev Ağdamla bağlı xatirələrini bölüşüb.
Musavat.com xəbər verir ki, aparıcı Ağdamda keçirdiyi günləri belə xatırlayıb:
“1992-ci ildə Şuşadan vertolyotlarla çıxdığımız anı xatırladım. O zaman Ağdama gəldik və bu da son dedik. Onda 10 yaşım vardı. O vaxtdan bu zamana kimi acı, həsrət, iztirab 28 ildir qayıtmayan Qarabağ… Ağdamın Səməd Vurğun küçəsində atam böyük bağ almışdı, iki mərtəbəli evimiz vardı. Heç orada 3-4 dəfə qalmadıq. Anam Şuşada, Ağdamda olan evlərimizin sənədlərini, açarlarını hələ də saxlayır. Anamın ümidi ölməyib, onun ümidi ölməyibsə, deməli, qayıdacağıq.
Allah şəhidlərimizə rəhmət eləsin, xalqımızı qorusun. 10 ildir əzab çəkən, müharibənin travmasını yaşayan ailələrlə bərabər işləyirəm. Müharibə onlarda elə ağır izlər buraxıb ki, 28 ildir unudulmur”.
Qeyd edək ki, bu gün Ağdamın işğalından 28 il ötür.
Könül İbrahim
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!