Ana və oğulun qatilini burnundakı cırmaq ələ verdi - FOTO
Türkiyənin İzmir şəhərində suriyalı hamilə qadını və onun beş yaşlı oğlunu öldürməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Saxlanılan şəxsi qulağındakı əzik və burnundakı cırmaq ələ verib.
Bu barədə “HaberGlobal” xəbər yayıb.
Dəhşətli hadisə İzmir şəhərində baş verib. Uşaq ağlamağının səsini eşidən qonşular qapısı açıq mənzilə girəndə qorxunc mənzərə ilə üzləşiblər. Beş aylıq hamilə olan 35 yaşlı Manar Alahmedi yataq otağında qanlar içində olub. Anasının cəsədinin yanında ağlayan iki yaşlı uşağı götürən qonşular evdən çıxıb və dərhal polisə xəbər veriblər. Hadisə yerinə gələn polislər evdə təhqiqat apararkən digər otaqda beş yaşlı Muhəmməd Cəməlin cəsədini tapıblar.
İlkin araşdırmalar zamanı qadının altı yerindən bıçaqlandığı, oğlunun isə plastik qandal vasitəsilə boğularaq öldürüldüyü məlum olub.
Hadisə vaxtı qadının fəhlə olan əri işdə olub.
Cinayətlə bağlı təhqiqatlara başlayan polis suriyalı ailənin alt mərtəbə qonşusu Ş.B.-nı saxlayıb. Polis onun qulağındakı əzik və burnundakı cırmaqdan şübhələnib.
Polis hələ mənzilə daxil olmamış, o, “uşağı da boğub öldürüblər”, – deyə bağırıbmış.
İstintaq davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nərimanov rayonunda gənc oğlan yol qəzasında xəsarət alıb
Bakıda maşın piyadanı vurdu - Hadisə yerindən dəhşətli görüntülər (Video)
Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı
Gömrükdən xeyli miqdarda diş implantı keçirmək istədilər — Foto
