05.07.2019 - 20:54
Maqazin
50 baxış
Amsterdam “Avroviziya”nı keçirməkdən boyun qaçırdı
Niderlandın paytaxtı Amsterdam 2020-ci ildə “Avroviziya” mahnı müsabiqəsini keçirməyəcək.
“RİA Novosti” xəbər verir ki, bunu şəhərin meri xanım Femke Halsema deyib.
O, buna səbəb şəhərdə müsabiqənin təşkili üçün uyğun olan bütün arenaların həmin müddətdə məşğul olacağını göstərib.
Qeyd edək ki, gələn il “Avroviziya”nın Amsterdamda “Ziggo Dome” arenasında keçirilməsi planlaşdırılırdı. Niderlandın Rotterdam, Utrext, Hertoqenbos, Arnem və Maastrixt şəhərləri də müsabiqəyə ev sahibliyi uğrunda mübarizə aparırlar.
Xatırladaq ki, 2019-cu ildə İsraildə təşkil edilən “Avroviziya” müsabiqəsinin qalibi Niderland təmsilçisi Dunkan Lourens olub. (Musavat.com)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
19.09.2026 - 14:02
Mədət Quliyev oğluyla toyda görüntüləndi
19.09.2026 - 11:55
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
19.09.2026 - 10:31
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
19.09.2026 - 10:03
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
19.09.2026 - 09:49
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
19.09.2026 - 09:35
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!
19.09.2026 - 09:00
Sabirabadda saxta əlillik dərəcəsi qalmaqalı!
19.09.2026 - 08:32
