AMEA alimlərinə fəxri medallar veriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) adlı mükafatlarının fəxri medallarla əvəz edilməsi üçün müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılacaq.
Trend-in məlumatına görə, bunu AMEA prezidenti, akademik Akif Əlizadə Dövlət İdarəçilik Akademiyası ilə birgə keçirilən Elmi Şuranın iclasında bildirib.
A.Əlizadə bildirib ki, AMEA-nın adlı mükafatları elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə 2014-cü ildə təsis edilib.
Akademik əlavə edib ki, ötən müddət ərzində hər il adlı mükafatlar üçün müsabiqə elan olunub, müvafiq elm sahələrini təmsil edən görkəmli alimlər mükafatlarla təltif ediliblər.
Rəyasət Heyəti adlı mükafatlara təqdim olunan alimlərin daha dəqiq meyar və prinsiplər əsasında müəyyənləşdirilməsi üçün müsabiqənin iki ildən bir elan edilməsini qərara alıb. Qərarda AMEA-nın adlı mükafatları üzrə qaydalara dəyişiklik edilməsi, bu mükafatların fəxri medallarla əvəz edilməsi üçün müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılması da əksini tapıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İnam Kərimova yeni müavin təyin edildi - FOTO
Tanınmış iş adamı koronavirusdan vəfat etdi
Prezident Administrasiyasında yüksək vəzifəyə TƏYİNAT
Azərbaycanda dərmanlarla bağlı — Yeni qadağa
Amerikanın ən məşhur qəzeti Azərbaycandakı isti barədə yazıb
MN: Düşmən atəşkəs rejimini 22 dəfə pozub
Azərbaycanda atasız uşaqların STATİSTİKASI