Altı ayda təcili yardıma 38 mindən çox əsassız çağırış daxil olub
Bu ilin ilk altı ayında Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə on minlərlə əsassız çağırış edilib.
Minval.info xəbər verir ki, TƏBİB-in yaydığı məlumata əsasən, hesabat dövründə xidmətə ümumilikdə 38 min 418 əsassız müraciət daxil olub.
Qeyd olunub ki, bu cür çağırışlar təcili tibbi yardım resurslarından səmərəli istifadəyə mane olur və həqiqətən təxirəsalınmaz yardıma ehtiyacı olan şəxslərə operativ xidmət göstərilməsinə mənfi təsir edir.
Bildirilib ki, briqadaların əsassız çağırışlara yönləndirilməsi real fövqəladə hallara çatma müddətinin uzanmasına səbəb ola bilər.
TƏBİB vurğulayıb ki, hazırda vətəndaşlar arasında təcili tibbi yardım xidmətindən düzgün istifadə ilə bağlı mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir. Məqsəd əhalinin bu xidmətə yalnız təcili və təxirəsalınmaz hallarda müraciət etməsinin vacibliyi barədə məlumatlılığını artırmaqdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq