Almaniyada azərbaycanlıların qaldığı qaçqın yataqxanasında yanğın – VİDEO
Almaniyada azərbaycanlı qaçqınların qaldığı yataqxanada yanğın baş verib.
Yanğın hadisəsi Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhərində, bir qaçqın yataqxanasında qeydə alınıb.
Bu barədə AzEuroNews.com–a məlumat verən həmvətənimiz bildirib ki, Albaniyadan olan bir qaçqın yaşadığı otaqda çarpayı və əşyaları üst-üstə yığaraq yandırıb. Yanğına görə, otaqdakı tüstü siqnalları çalışıb. Hadisə yerinə çoxlu sayda polis və yanğınsöndürən cəlb olunub.
“Burada 250-dən çox qaçqın qalır. Əksəriyyəti Balkan ölkələri, Rusiya, İran, Gürcüstan, Ermənistan və Azərbaycandandır. Yanğına görə sakinlər təxliyə edildi. Daha sonra alov söndürüldü. Deyilənə görə, otağı yandıran iki Alban vətəndaşını artıq tutublar”- deyə həmvətənimiz bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı