Almaniyada azərbaycanlı ilə iranlı arasında insident
Almaniyanın Butsbax şəhərinin Qessen federal torpağında 21 yaşlı azərbaycanlı və 20 yaşlı iranlı arasında münaqişə baş verib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Frankfurter Neue Presse” nəşri yazıb.
Məlumata əsasən, adları açıqlanmayan gənc insanlar arasında münaqişə şəhər çörək sexinin qarşısında yaşanıb. Belə ki, qısa mübahisədən sonra iranlı həmin ərazini tərk etmək qərarına gəlib. Gözlənilmədən o, üstünə azərbaycanlının idarə etdiyi “Volkswagen Golf” markalı avtomobilin gəldiyini görüb. İranlı avtomobilin ön hissəsinə tullanıb, daha sonra isə yerə yıxılıb. Yüksək sürətlə idarə olunan avtomobil sexin divarına çırpılıb.
İranlı miqrant xəsarət alıb, azərbaycanlı isə hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Sonuncudan alkoqol və narkotik analizləri götürülüb. Azərbaycanlının qohumlarının polisə verdiyi məlumata görə, gəncin psixoloji problemləri var, lakin psixiatrik klinikada müayindən keçmək istəmir.
Polis əməkdaşları gənc azərbaycanlını qohumlarına təhvil verib. Buna baxmayaraq, şəhər prokurorluğu baş vermiş insidenti araşdırmaqda davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı